ABŞ İrana qarşı hədəfli hücumları nəzərdən keçirir
ABŞ İrana qarşı hədəfli hücumlar etməyi düşünür.
Crossmedia.az "Middle East Eye"-a istinadən xəbər verir.
Vaşinqtonun etirazçıların ölümündə əli olduğuna inandığı İran rəsmiləri və komandirlərini hədəfə alır.
Hücum bu həftənin əvvəlində baş verə bilər, lakin vaxt hələ də müzakirə olunur.
ABŞ administrasiyası daxilində İranın mümkün cavabı ilə bağlı xaotik müzakirələr aparılır.
"The New York Times" qəzeti ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hərbi mövcudluğunu gücləndirmək üçün bölgəyə təxminən on iki F-15E qırıcı təyyarəsi, eləcə də "Patriot" və "THAAD" hava hücumundan müdafiə sistemləri göndərdiyini bildirir.
20:15 27.01.2026
Oxunuş sayı: 532