İrəvan və Bakı mayeləşdirilmiş qazın Azərbaycan vasitəsilə tədarükü barədə razılığa gəliblər
İrəvanla Bakı arasında mayeləşdirilmiş qaz və bitumun Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə daşınması barədə razılaşma əldə olunub.
Crossmedia.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında yazıb.
"Bizim sahibkarlar artıq bu imkandan yararlana bilərlər", – nazir qeyd edib.
19:28 27.01.2026
Oxunuş sayı: 511