Daşaltı əməliyyatında və Şuşada vurulan helikopterdə şəhid olanların xatirəsi yad edilib
1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan "Mİ-8" helikopterində şəhid olanların xatirəsi Şuşa Şəhidlər xiyabanında ehtiramla yad edilib.
"Crossmedia " xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb .
Qeyd olunub ki, anma mərasimində şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin məsul əməkdaşları, Şuşada fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
12:44 26.01.2026
Oxunuş sayı: 403