Azərbaycan Prezidenti: Ermənistan istisna olmaqla regionda qonşularla işlək dost münasibəti yarada bilmişik
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin yerləşdiyi regionda Ermənistan istisna olmaqla digər qonşularla işlək dost münasibətlərin yaradıldığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə çıxış edən İlham Əliyev digər ölkələrlə iqtisadi ixrac münasibətlərin qurulduğunu deyib.
"Hətta hazırda Ermənistana yüklərin daşınması istiqamətində məhdudiyyəti qaldırmışıq. Hazırda Ermənistandan Rusiyaya yüklərin daşınması ilə bağlı şəraitin yaradılması üçün müraciət edilib".(Report)
20:06 20.01.2026
Oxunuş sayı: 1377