Selçuk Bayraktar 20 Yanvar barədə: "Unutmadıq, unutmayacağıq"
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Qanlı 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib:
"Azad yaşamaq uğrunda canlarından keçən azərbaycanlı qardaş və bacılarımızı rəhmətlə anırıq. Unutmadıq, unutmayacağıq".
18:06 20.01.2026
Oxunuş sayı: 1502