Milli Məclis Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını ratifikasiya edəcək
Milli Məclis Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını ratifikasiya edəcək.
Crossmedia.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yanvarın 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Belə ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi komitə iclasında müzakirəyə çıxarılacaq.
14:17 19.01.2026
Oxunuş sayı: 1287