Elm Fondu "İlin Alimi - 2025" müsabiqəsinin nəticələrini ELAN EDİB
Azərbaycan Elm Fondu tərəfindən keçirilmiş «İlin Alimi – 2025» mükafat müsabiqəsi üzrə təqdim olunmuş elmi işlərin qəbul və elmi ekspertiza mərhələsi başa çatmışdır.
Crossmedia.az xəbər verir ki, müsabiqə çərçivəsində təqdim edilmiş
elmi işlər Azərbaycan Elm Fondunun daimi və müstəqil ekspertləri tərəfindən
beynəlxalq qiymətləndirmə meyarları əsasında obyektiv və şəffaf şəkildə
qiymətləndirilmişdir.
Qiymətləndirmənin nəticələrinə
əsasən, müsabiqə üzrə maliyyələşdirilməsi
və mükafatlandırılması tövsiyə olunan qaliblər aşağıdakı kateqoriyalar
üzrə müəyyən edilmişdir:
1. Alim və tədqiqatçılar üzrə
nominasiyalar
|
I yer —
Alosmanov Rasim
|
|
II yer — Muxtarov Şəhiyar
|
|
III yer — Hüseynov Elçin (Mükafat məbləği: 1500 manat) |
2. Gənc alim və
tədqiqatçılar (35 yaşadək) üçün nominasiyalar
|
I yer —
Qəhramanlı Lalə
|
|
II yer — Haxiyeva Raisə
|
|
III yer — Qüdrətova Fidan |
Müsabiqənin qalibləri 2026-cı ilin yanvar ayında keçiriləcək rəsmi təqdimat mərasimində
mükafatlandırılacaqlar.
Azərbaycan Elm Fondu müsabiqədə iştirak etmiş bütün alim və tədqiqatçılara təşəkkürünü bildirir və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayır.
09:57 19.01.2026
Oxunuş sayı: 1708