Milli Məclis yeni təklif irəli sürüb
Ölkədə qeyri-yaşayış sahələri üçün ödənilən əmlak vergisinin artırılması təklif olunub.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında belə bir təkliflə çıxış edib.
O qeyd edib ki, bu təklifin reallaşması fərdlərə ciddi təsir etməsə də, bələdiyyələrin büdcələrinə böyük gəlir gətirəcək:
"Məsələn, Nərimanovda ərazisi 1000 kv/metr olan obyektin sahibinə 25 min manat icarə haqqı ödənilir. Bələdiyyələrə isə ildə bir dəfə cəmi 500 manat ödəniş rdilir. Ona görə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisi artırılarsa, bu bələdiyyələrə də əlavə dəstək olar".
15:17 16.01.2026
Oxunuş sayı: 1209