Şahin Tağıyevin qızı: Atam mənə himnimizi öyrədib
Atam mənə himnimizi öyrədib.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin qızı Nigar Tağıyeva atasının dəfn mərasinində jurnalistlərə açıqlamasında bildirib.
O, atasının ona əsl vətənpərvərlik hissini öyrətdiyini bildirib:
"Atam olduqca vətənpərvər insan idi. Heç unuda bilmərəm mənə himnimizi və vətənpərvərlik anlayışını məhz atam böyük şərəf hissi ilə öyrədib".
Ni.Tağıyeva, həmçinin atasının ölümü ilə bağlı yayılan bəzi əsassız iddialar barədə də danışıb:
"Atamın ölümü barədə yayılan əsassız iddialar həqiqəti əks etdirmir. Sadəcə onun səhhətində yaranan problemlə əlaqədar olaraq biz onu reablitasiya mərkəzinə yerləşdirmişdik".
Elmir Heydərli
12:02 16.01.2026
Oxunuş sayı: 1105