Azərbaycan bu şəxsləri Ermənistana təhvil verdi
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan facebook səhifəsində açıqlayıb.
O qeyd edib ki, həmin şəxslər Həkəri körpüsü vasitəsilə təhvil verilib.
16:43 14.01.2026
Oxunuş sayı: 1098