Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (CICA) ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Rusiya diplomatik departamentinin məlumatına görə, söhbət zamanı Rusiya-Azərbaycan əməkdaşlığı və CICA çərçivəsində birgə fəaliyyət məsələləri gündəmə gətirilib.
15:07 13.01.2026
Oxunuş sayı: 1408