Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür edib
Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşdə ərazi bütövlüyünə və suverenliyə hörmət, həmçinin qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata (GUAM) sədrlik kontekstində təşkilatın Xarici İşlər Nazirləri Şurasının müntəzəm iclasının çağırılması məsələsinə də diqqət yetirilib.
O. Mişenko Azərbaycana, ilk növbədə, Ukraynanın enerji sistemi və mülki infrastrukturun yenidən qurulması üçün göstərilən humanitar yardıma görə ölkəsi adından təşəkkür edib.(Report)
23:59 09.01.2026
Oxunuş sayı: 1480