Ermənistan Azərbaycandan neft məhsullarının ikinci partiyasını idxal edib
Ermənistanın İqtisadiyyat Nazirliyi Azərbaycandan ölkəyə ikinci partiya neft məhsullarının idxal olunması ilə bağlı məlumatı təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Nazirliyin yaydığı açıqlamada "İdxal ölkənin daxili bazarındakı tələbatın ödənilməsi və enerji təminatının sabitliyinin qorunması məqsədi daşıyır",- deyə, bildirilib.
Qeyd olunub ki, proses mövcud ticarət mexanizmləri və qüvvədə olan qanunvericilik çərçivəsində həyata keçirilir.
Türkanə Məşədiyeva
13:10 08.01.2026
Oxunuş sayı: 1391