ABŞ-da Azərbaycanla bağlı qanun layihəsi ANCA–İsrail gərginliyini artırıb
ABŞ Konqresində Azərbaycana hərbi yardımın genişləndirilməsini nəzərdə tutan qanun layihəsi Amerika Erməni Milli Komitəsi (ANCA) ilə İsrail arasında gərginliyi artırıb.
Crossmedia.az bu barədə "The Jerusalem Post"a istinadən xəbər verir.
Konqresmen Anna Paulina Luna tərəfindən təqdim edilən sənəd 907-ci düzəliş üzrə məhdudiyyətlərin aradan qaldırılmasını və Bakıya hərbi dəstəyin genişləndirilməsini təklif edir. Təşəbbüs 2025-ci ilin avqustunda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair birgə bəyannamənin imzalanmasından bir neçə ay sonra irəli sürülüb.
ANCA və erməni lobbisi qanun layihəsini kəskin tənqid edərək, İsraili “yəhudi ənənələrinə zidd” addımlarda, o cümlədən Azərbaycanın silahlandırılmasında və Qüdsdəki erməni xristian məhəlləsinin təhlükə altına salınmasında ittiham edib. Bu ritorika ABŞ-da antisemitizmə dair artan həssaslıq fonunda diqqət çəkib.
Xüsusilə, Nyu-York şəhərinin meri Zöhran Mamdaninin vəzifəyə başladığı ilk gündə sələfinin bir sıra qərarlarını, o cümlədən şəhərin IHRA-nın antisemitizm tərifini qəbul etməsini ləğv etməsi yəhudi icmasının tənqidinə səbəb olub. İrəvanda Qaregin Njdenin ad gününün qeyd olunmasına dair videogörüntülər də gərginliyi artırıb.
İsrailin Ermənistandakı keçmiş səfiri Yoel Lion daha əvvəl bu kimi hadisələri pisləyərək, nasist əməkdaşının təriflənməsini qəbuledilməz adlandırıb və Ermənistan hakimiyyətini neonasizm və antisemitizmlə mübarizəyə çağırıb.
Kübra Musayeva
12:53 08.01.2026
Oxunuş sayı: 1458