"İdarəetmə sistemində gözlənilən dəyişikliklər üçün Konstitusiyada müvafiq dəyişikliyə ehtiyac yaranır- RƏY
Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.
Ümumi inkişafımız üçün hər bir insanın, xüsusilə vəzifə sahibinin ürəklə işləməli olduğunu vurğulayan dövlət başçısı bildirib: "Xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq".
44 günlük Vətən müharibəsindən əldə edilən tarixi Zəfər Azərbaycan üçün təkcə ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda yeni idarəetmə fəlsəfəsinin və dövlətçilik yanaşmasının formalaşması mərhələsinin başlanğıcı oldu. Postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa-quruculuq işləri ilə paralel olaraq burada tətbiq edilən çevik və operativ idarəetmə modeli ölkənin ümumi inkişaf strategiyasında mühüm nümunə kimi ön plana çıxır.
Azad edilmiş ərazilərdə formalaşdırılan bu idarəetmə mexanizmi daha az məmur iştirakı ilə qərarların operativ qəbulunu, şəffaflığı və icra intizamının gücləndirilməsini hədəfləyir. Məhz bu xüsusiyyətlər həmin modelin yalnız lokal deyil, perspektivdə ölkənin digər bölgələri üçün də tətbiq oluna biləcək səmərəli üsuli-idarə formasına çevrilməsinə imkan yaradır. Bu yanaşma dövlət idarəçiliyində çevikliyin, məsuliyyətin və nəticəyönümlü fəaliyyətin vacibliyini bir daha ön plana çıxarır.
Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin gələcəkdə ölkə miqyasında tətbiqi ilə bağlı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, tarixi Zəfərdən sonra cəmiyyətdə formalaşan yüksək mənəvi ruh, qürur və birlik hissi dövlət idarəçiliyində də daha tələbk
ar yanaşmanı zəruri edir. Prezidentin məmur özbaşınalığına qarşı sərt mövqeyi və hər kəsin, xüsusilə vəzifə sahiblərinin ürəklə işləməli olduğu çağırışı yeni dövrün idarəçilik fəlsəfəsinin aydın ifadəsi kimi qiymətləndirilir.
Bu barədə iqtisadçı- ekspert, ReAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a danışıb: "İdarəetmə sistemində gözlənilən dəyişikliklər üçün Konstitusiyada müvafiq dəyişikliyə ehtiyac yaranır. Bu il ərzində konstitusiya islahatları ilə bağlı müzakirələrin açılması və ya qərarların qəbul edilməsi mümkündür. Bu addımlar təkcə yerli icra hakimiyyəti institutlarının ləğvi ilə məhdudlaşması ilə deyil. Eyni zamanda digər sahələrdə də islahatların aparılması vacib edir ki, ölkədəki problemlərin həlli daha operativ olsun".
Ekspert, həmçinin bəzi iqtisadi və sosial məsələlərin bir qisminin məhz idarəetmədəki çatışmazlıqlarla bağlı olduğunu bildirib: "Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin çevik və səmərəli olması onu gələcəkdə digər bölgələr üçün də nümunəvi modelə çevirə bilər".
Elmir Heydərli
14:04 07.01.2026
Oxunuş sayı: 2666