MOSSAD İlham Əliyevin Qəzza ilə bağlı mövqeyini paylaşıb
İsrailin kəşfiyyat xidməti MOSSAD Azərbaycan Prezidenti İlham Əliyevin Qəzza məsələsi ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən bəyanatını dərc edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yayımlanan açıqlamada Prezident İlham Əliyevin regionda baş verən proseslərə dair mövqeyi və Azərbaycanın prinsipial yanaşması diqqətə çatdırılıb. Bəyanatda humanitar məsələlər, münaqişələrin dinc yolla həlli və beynəlxalq hüququn qorunmasının vacibliyi vurğulanıb.
Məlumat sosial şəbəkələr və media platformaları vasitəsilə ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, Azərbaycanın Yaxın Şərqdə baş verən hadisələrlə bağlı mövqeyi beynəlxalq hüquq normalarına və humanitar prinsiplərə əsaslanır.
11:05 07.01.2026
Oxunuş sayı: 2015