Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkəti tərəfindən həyata keçirilən layihələrlə tanış olub
Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkətində (“OMRAN” - “Oman Tourism Development Company”) bu qurum tərəfindən həyata keçirilən layihələrlə tanış olub.
Crossmedia.az xəbər verir ki, 2005-ci ildə yaradılmış bu şirkət Sultanlığın əsas turizm inkişaf şirkətlərindən biridir və ölkənin turizm imkanlarını dünya səviyyəsində tanıtmaq, onun iqtisadiyyatını şaxələndirmək məqsədi daşıyır.
14:15 06.01.2026
Oxunuş sayı: 3036