13 nəfər Gürcüstandan deportasiya edilib
Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 13 nəfər deportasiya edilib.
Crossmedia.az xəbər verir ki, Gürcüstanın müvafiq qurumları tərəfindən görülən tədbirlər nəticəsində Türkmənistan, İran, Kuba, Türkiyə, Tailand və Azərbaycan vətəndaşları ölkə ərazisindən çıxarılıb.
Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.
12:23 06.01.2026
Oxunuş sayı: 3186