Kreml rəhbəri Yeni il münasibətilə Azərbaycan Prezidentini təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
Məlumata görə, o, Milad və Yeni il münasibətilə, həmçinin Ağ Ev rəhbəri Donald Trampı, Sebiya Prezidenti Aleksand Vuçiçi, Macarıstan baş naziri Viktor Orbanı, Ermənistan baş naziri Nikol Paşinyanı və digər liderləri təbrik edib.
14:04 30.12.2025
Oxunuş sayı: 3946