Milli Qəhrəmanın anası vəfat edib
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov məlumat verib. Onun sözlərinə görə, Şərqiyə Həmidova bu gün səhər saat 05:30-da dünyasını dəyişib.
Əsəd Həmidov bildirib ki, mərhum şəkər xəstəliyindən əziyyət çəkib, bir neçə dəfə infarkt keçirib və son dövrlərdə yataq xəstəsi olub.
Allah rəhmət eləsin.

17:10 28.12.2025
Oxunuş sayı: 1669