Din Xadimlərinin II Forumunun iştirakçıları İlahiyyat İnstitutunda olublar
"Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusunda keçiriləcək Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları dekabrın 23-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti ilə tanış olublar.
Crossmedia.az xəbər verir ki, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək ali təhsil müəssisəsinin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Rektor institutda bakalavriat, magistratura və doktorantura pillələri üzrə təhsilin tamamilə ödənişsiz aparıldığını, yüksək nəticələr göstərən tələbələr üçün adlı təqaüdlərin təsis olunduğunu vurğulayıb. Ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrinə diqqət çəkən rektor mübadilə proqramları ilə tələbələrin xarici ölkə üniversitetlərində təhsil aldıqlarını qeyd edib.
Rektor Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin yaradılması və fəaliyyəti barədə din xadimlərinə məlumat verib. Komitə tərəfindən İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması ilə bağlı keçirilən müsabiqədə Aİİ məzunlarının fəallığını diqqətə çatdıran A.Şirinov onların, ölkəmizin müxtəlif bölgələrində imam, imam müavini və dini ayinlərin icraçısı kimi çalışdıqlarını bildirib. Rektor İnstitutun fəaliyyətinin ölkəmizin multikultural və tolerantlıq ənənələrinin təbliğindəki rolu, gələcək hədəflərindən danışıb.
Qonaqlar ali təhsil müəssisəsində tələbələr üçün yaradılan şəraitlə, həmçinin İnstitutun Kitabxana fondu ilə tanış olublar.




18:54 23.12.2025
Oxunuş sayı: 932