Laporta: Mən Putin və ya Maduro kimi olmayacağam
“Barselona”nın prezidenti Joan Laporta ardıcıl üçüncü müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, o, klubun nizamnaməsinə əsasən maksimum iki müddətə vəzifədə qala biləcəyini xatırladıb və bu prinsipi ciddi şəkildə qoruyacağını vurğulayıb.
Laporta əlavə edib ki, 2026-cı il seçkiləri 15 mart – 15 iyun tarixləri arasında keçiriləcək və hazırda rəhbərlik yalnız komandanın işinə və nəticələrinə diqqət yetirir. “Mən Putin və ya Maduro kimi olmayacağam. Üçüncü dəfə namizəd olsam, bu, səhv olardı”, – deyə o bildirib.
Nəzrin Abbas
10:46 05.12.2025
Oxunuş sayı: 1716