Afyonkarahisarda tələbə avtobusu ilə yük maşını toqquşub: 14 nəfər yaralanıb
Afyonkarahisarın Bolvadin rayonunda tələbə avtobusu və pikap Eski Belediye qovşağında toqquşub, nəticədə 14 nəfər yaralanıb.
Crossmedia.az bu barədə türk mediasına istinadən xəbər verir.
Məlumata görə, sürücülərin və nömrə nişanlarının hələ məlum olmadığı bildirilir. Qəza yerinə təhlükəsizlik qüvvələri, təcili yardım və yanğınsöndürənlər göndərilib. Yaralılar dərhal xəstəxanalara çatdırılıb və müalicəyə başlayıblar.
Yerli mənbələr hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirir.
Nəzrin Abbas
10:40 05.12.2025
Oxunuş sayı: 1487