İran ABŞ-la nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu açıqladı
İran rəsmiləri ABŞ-la nüvə proqramı üzrə danışıqları bərpa etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın ali dini lideri ayətullah Əli Xameneinin müşaviri və Beynəlxalq Münasibətlər üzrə Strateji Şuranın rəhbəri Kamal Xarrazi CNN-ə açıqlama verib.
Xarrazinin sözlərinə görə, Tehranın iştirakı ilə danışıqlar yalnız İranın tələbləri nəzərə alındığı halda mümkün olacaq:
“Onlar ilk addımı atmalı və bizim irəli sürdüyümüz şərtlər əsasında əməkdaşlığa hazır olduqlarını göstərməlidirlər. Danışıqlar bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır”, — deyə o bildirib.
10:28 19.11.2025
Oxunuş sayı: 1125