ABŞ quru qoşunlarının yüksək rütbəli rəsmiləri gizli səfərlə Ukraynaya gəlib
ABŞ-ın quru qoşunları naziri Daniel Driskoll və Quru Qoşunları Komandanlığının qərargah rəisi Rendi Corc Ukraynaya elan olunmamış səfər ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Politico yayıb.
Mənbənin məlumatına görə, səfərin əsas məqsədlərindən biri pilotsuz uçuş aparatlarının istehsal texnologiyalarının Kiyevdən Vaşinqtona verilməsi ilə bağlı mümkün razılaşma üzrə danışıqlar aparmaqdır.
ABŞ hərbi rəsmilərinin Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi, ölkə parlamentariləri və Prezident Vladimir Zelenski ilə görüşlər keçirməsi planlaşdırılır.
Nəşr xatırladır ki, ABŞ-ın hərbi naziri Pit Hegset hələ də Ukraynaya səfər etməyib. Bu səbəbdən Driskoll və Corc hazırkı ABŞ prezidenti Donald Tramp dövründə Kiyevə səfər edən Pentaqonun ən yüksək rütbəli rəsmiləri sayılır.
Nəzrin Abbas
10:14 19.11.2025
Oxunuş sayı: 1476