Tramp administrasiyası Rusiya ilə Ukrayna müharibəsinin dayandırılması üçün plan hazırlayır
ABŞ-nin Tramp administrasiyası Rusiya ilə birlikdə Ukraynada müharibəni dayandırmağa yönəlmiş 28 bəndlik plan üzərində işləyir.
Crossmedia.az "Axios" - a istinadən xəbər verir ki, plan Ukraynada sülhün təmin edilməsi, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-ın Rusiya–Ukrayna ilə gələcək münasibətlərinə dair dörd əsas istiqaməti əhatə edir.
Məlumata görə, planın hazırlanmasına rəhbərlik edən Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff sənədi oktyabrın sonunda Mayamiyə səfər edən Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə ətraflı müzakirə edib.
Pərvin Hacıyeva
09:40 19.11.2025
Oxunuş sayı: 1238