Ukrayna ordusu Voronejə ATACMS raketləri ilə zərbə endirdi
18 noyabrda Ukrayna Silahlı Qüvvələri Rusiyanın Voronej şəhərinə dörd ATACMS ballistik raketi ilə hücum həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya hava hücumundan müdafiə sistemləri — S-400 və “Pantsir” kompleksləri raketlərin hamısını vurub. Düşən qəlpələr gerontologiya mərkəzinin və uşaq evinin dam örtüklərinə ziyan vurub.
Hadisə nəticəsində xəsarət alan və ya həlak olanların olmadığı qeyd olunur.
Nəzrin Abbas
09:21 19.11.2025
Oxunuş sayı: 1044