Özbəkistan və Türkmənistan yeni sərhəd ticarət zonasını açdı
Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkmənistan prezidenti Serdar Berdımuhamedov “Şavat–Daşoquz” adlı birgə sərhəd ticarət zonasının fəaliyyətə başlamasına rəsmən start veriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni zonada gömrük, karantin, fitosanitar və baytarlıq xidmətləri üçün inzibati binalar, ticarət pavilyonu, anbarlar, avtodayanacaq, tibb məntəqəsi və otel yerləşir.
Burada “bir pəncərə” sistemi və bank xidmətləri də daxil olmaqla interaktiv servis tətbiq olunub ki, bu da sahibkarların işini və alıcı axınını xeyli asanlaşdırır.
00:25 19.11.2025
Oxunuş sayı: 1263