QMİ sədri: Azərbaycan dinlərarası münasibətləri səmimi və mehriban şəkildə inkişaf etdirir
Azərbaycan dinlər və məzhəblər arasında münasibətlərin səmimi, mehriban olmasına çalışır.
Crossmedia.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycanda istər müsəlman, istər xristian, istər yəhudi, istər katolik kilsəsi, alban-udi kilsəsi və digərləri - hamısı bir qardaş kimi yaşayırlar:
"Bütün bunlar üçün şərait yaradan, əlbəttə ki, dövlətdir. Başqa dövlətlər də var ki, tribunadan çıxışlarında tolerantlıqdan danışırlar, amma real həyatda, gündəlik yaşayışda biz bunu görmürük. Biz isə dinlər və məzhəblər arasında münasibətlərin səmimi və mehriban olmasına çalışırıq".
O vurğulayıb ki, Azərbaycan bütün dünyada nümunə kimi göstərilir, dünya bu modeldən öyrənmək istəyir:
"Bu yaxınlarda Vatikanda olduğum zaman kardinallarla görüşdük. Söhbət zamanı onlar mənə sual verdilər, necə edə bilərik ki, Azərbaycan modelini bütün dünyaya yaymaq? Əslində, bu səviyyəyə çatmaq üçün çox böyük zəhmətlər çəkilib. İnanıram ki, gələcəkdə də bu böyük ailənin üzvləri olaraq biz birgə daha böyük işlər görəcəyik. Qardaşlıq, dostluq və qarşılıqlı hörmət sayəsində inşallah daha böyük inkişaf əldə edəcəyik
13:48 13.11.2025
Oxunuş sayı: 1573