ABŞ diplomatı Allahşükür Paşazadə ilə sülh prosesində dini icmaların rolunu müzakirə edib

ABŞ-nin Bakıdakı müvəqqəti işlər vəkili Emi Karlon Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən ənənəvi dini konfessiyaları təmsil edən QMİ-nin Məşvərət Şurasının üzvləri ilə görüşüb.
Bu barədə Crossmedia.az ABŞ-nin Bakıdakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Diplomatik nümayəndəlikdən qeyd ediblər ki, görüş zamanı E.Karlon avqustun 8-də keçirilən Vaşinqton sammitinin əhəmiyyətini və Cənubi Qafqazda davamlı sülhün və firavan gələcəyin qurulmasında dini icmaların mühüm rolunu vurğulayıb. Daha əvvəl bildirilmişdi ki, A.Paşazadə oktyabrın 1-də ABŞ-yə səfərə gedəcək.
18:43 30.09.2025
Oxunuş sayı: 969