Sabah 40 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-40° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.
12:55 14.07.2025
Oxunuş sayı: 771