DİN Yasamal rayonundakı partlayışla bağlı məlumat yayıb: Xəsarət alan yoxdur

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayış qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur. Ərazi tam nəzarətə götürülüb, xidmət təşkil olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
23:59 26.06.2025
Oxunuş sayı: 706