Laziz Kudratov: "Azərbaycan və Özbəkistan arasında sənaye əməkdaşlığı proqramı hazırlanacaq"

Azərbaycan və Özbəkistan arasında 2025 və 2026-cı illər üçün sənaye əməkdaşlığı proqramı hazırlanacaq.
Crossmedia.az xəbər verir ki, bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Bakıda keçirilən III Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.
Onun sözlərinə görə, Özbəkistan Azərbaycanda əlaqələrini fəal şəkildə inkişaf etdirmək, Azərbaycan biznes nümayəndələrini Özbəkistan iqtisadiyyatının təklif etdiyi imkanlarla tanış etmək üçün ticarət evlərini genişləndirmək niyyətindədir: "Müvafiq olaraq, biz də Azərbaycan istehsalçılarının öz məhsullarını Özbəkistan bazarında təqdim etmələri və təşviq etmələri üçün imkanlar yaradacağıq. Biz həmçinin Özbəkistandan Azərbaycana, Azərbaycandan Özbəkistana qarşılıqlı səfərlərin, biznes missiyaların birgə qrafikini qəbul etməyi razılaşdırdıq".
L. Kudratov bugünkü danışıqlar, beynəlxalq forumun işi zamanı sənaye sahəsində əməkdaşlıq istiqamətində yeni layihələrin razılaşdırılacağına ümid etdiyini deyib.
15:44 20.06.2025
Oxunuş sayı: 720