İranda Mossad bağlantısı şübhəsi ilə 30 nəfər saxlanıldı

İranın Həmədan vilayətində Mossadla əlaqəli olduqları iddia edilən 30 nəfər saxlanılıb. Bu barədə vilayətin ictimai təhlükəsizlik polisi məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat verib.
Saxlanılanlardan 14-ü sosial şəbəkələrdə paylaşdıqları məlumatlarla ictimai asayişi pozmağa cəhd edib. Digərləri isə hərbi obyektlərin yaxınlığında şübhəli davranışlar sərgiləməkdə və ya qəsdən yanğınlar törətməkdə ittiham olunur.
Nigar Rəhimova
14:55 20.06.2025
Oxunuş sayı: 679