İran: İsrail hücumları davam etdikcə danışıqlar mümkün deyil

İranın xarici işlər naziri Abbas Əraqçı İsrailin davam edən hücumları fonunda heç bir tərəflə danışıqlar aparmayacaqlarını bəyan edib. Bu barədə o, İran dövlət televiziyasına verdiyi müsahibədə bildirib. Əraqçı həmçinin qeyd edib ki, Tehran hazırkı şəraitdə heç bir tərəflə əməkdaşlıq etməyə hazır deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
“İsrailə qarşı cavabımızdan sonra düşünürəm ki, ölkələr bu təcavüzdən uzaq durmağa başlayacaq”, deyə nazir vurğulayıb.
Qeyd edək ki, Araqçinin bu gün Cenevrədə Böyük Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri ilə görüşü planlaşdırılıb.
Nigar Rəhimova
14:40 20.06.2025
Oxunuş sayı: 889