İsrail İran raket sistemlərinə zərbə endirib

İsrail Müdafiə Ordusu (ÇAXAL) bildirir ki, İsrail Hərbi Hava Qüvvələri (HHQ) İsfahan bölgəsində yerləşən və İsrail təyyarələrini hədəf almaq üçün nəzərdə tutulmuş bir neçə İran raket sisteminə aviazərbələr endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, son günlər ərzində İsrail qırıcıları İsfahan və Tehran ətrafındakı raket sistemləri və radiolokasiya qurğularını məhv edib. Bu sistemlərin ÇAXAL-a məxsus təyyarələri vurmaq məqsədilə istifadə olunması planlaşdırılıb.
ÇAXAL qeyd edir ki, bu zərbələr İsrail HHQ-nin İran hava məkanında həyata keçirdiyi əməliyyatlarda daha geniş hərəkət azadlığı əldə etməsinə səbəb olub. Qırıcılar və digər hava vasitələri hazırda İranın qərb və mərkəzi hissəsindəki hərbi obyektlərə azad şəkildə zərbələr endirməyə davam edir.
Bəyanatda həmçinin vurğulanır ki, İsrail bu istiqamətdə fəaliyyətlərini davam etdirəcək və İran hava məkanında üstünlük əldə etməyə çalışacaq.
Fatimə Məmmədova
14:00 20.06.2025
Oxunuş sayı: 831