Azərbaycan, Gürcüstan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək

Gürcüstan, Azərbaycan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
O, Türkiyəyə rəsmi səfəri zamanı Azərbaycan, Gürcüstan və Türkiyə parlamentləri sədrlərinin yaxın vaxtlarda üçtərəfli görüş keçirəcəkləri barədə razılıq əldə olunduğunu açıqlayıb.
Papuaşvili bildirib ki, Ankaraya səfəri Türkiyə Böyük Millət Məclisinin sədri tərəfindən ünvanlanan rəsmi dəvət əsasında baş tutub. Bu, son 6 ildə Gürcüstan parlamenti sədrinin Türkiyəyə ilk səfəri hesab olunur.
“Tərəflər arasında parlamentlərarası ikitərəfli və çoxtərəfli əlaqələr, eləcə də 2023-cü ildə imzalanan əməkdaşlıq sazişi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məsələləri müzakirə olunub”, – Papuaşvili qeyd edib.
Parlament sədri vurğulayıb ki, bölgədə sülh və sabitliyin qorunması ilə bağlı məsələlər də diqqət mərkəzində olub.
Papuaşvli Orta Dəhliz layihəsinin iqtisadi və geosiyasi əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu təşəbbüsdə iştirak edən ölkələr arasında qanunvericilik çərçivəsinin uyğunlaşdırılması və razılaşdırılması vacibdir.(report)
18:30 18.06.2025
Oxunuş sayı: 604