İsrail İranda iki sentrifuqa istehsalı obyektini vurdu

İsrail ordusu İrana irimiqyaslı hücumlarında iki sentrifuqa istehsalı obyekti - TESA Kərəc kompleksi və Tehran Araşdırma Mərkəzinin vurulması ilə bağlı paylaşım edib.
Bu barədə Crossmedia.az İsrail KİV-ə istinadən məlumat verir.
Məlumata görə, İranda nüvə obyektləri də daxil olmaqla ümumilikdə 1100 hədəfə hücum edildiyini bildirilib.
Eyni zamanda, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) obyektlərin vurulduğunu təsdiqləyib. Hər iki obyekt əvvəllər Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) çərçivəsində AEBA tərəfindən monitorinq edilərək yoxlanılıb.
17:50 18.06.2025
Oxunuş sayı: 666