Vətəndaşların bank kartlarından oğurluqlar davam edir

Vətəndaşların bank kartlarından iyunun 13-də 6338 manat pul oğurlanıb.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, bir sıra şəxslərin bank hesablarından 1400, 756, 750, 700, 490, 399, 392, 300, 200, 200, 135, 76, 73, 64, 50, 38, 30, 15 AZN və 159 ABŞ dolları məbləğlərində vəsaitlər kiberyolla oğurlanıb.
"Vətəndaşlar bilməlidir ki, bank kartlarının CVV/CVC kodu, istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik şifrə) məlumatları mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatları həyata keçirilə bilər. Tövsiyə olunur ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verilməsin, heç bir halda şəxsi və maliyyə məlumatları paylaşılmasın, şübhəli ünsiyyət zamanı əlaqə dərhal dayandırılsın və nömrə blok edilsin", - deyə məlumatda qeyd edilib.
12:11 14.06.2025
Oxunuş sayı: 1402