Şirvanda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Crossmedia.az-a verilən məlumata görə, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər sakin şəhər ərazisindən tapdığı avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Tədbirlər zamanı 10 nəfər sakindən isə müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
09:20 05.06.2025
Oxunuş sayı: 1113