Ukrayna yeni sülh planı hazırlayıb

Ukrayna İstanbulda keçiriləcək danışıqlarda təqdim edəcəyi yeni sülh planını hazırlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, plana əsasən, ilk addım ən azı 30 günlük tam atəşkəsin təmin edilməsi olacaq. Daha sonra bütün məhbusların dəyişdirilməsi, Rusiyaya aparılan ukraynalı uşaqların geri qaytarılması və Zelenski ilə Putin arasında görüşün təşkili nəzərdə tutulur.
Bundan sonra isə Kiyev və Moskva ABŞ və Avropa tərəfdaşlarının iştirakı ilə müharibənin yekun başa çatması üçün şərtləri müzakirə etməyə başlayacaqlar.
18:17 01.06.2025
Oxunuş sayı: 1155