Rusiya esminesi NATO təliminə gedən Alman freqatını müşayiət edib

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Vitse-admiral Kulakov” esminesi Baltik dənizində Almaniyanın “Bavariya” freqatını müşayiət edib.
Crossmedia.az xəbər verir ki, hadisə Alman freqatının Rostok limanına doğru hərəkəti zamanı baş verib.
Almaniya mətbuatının məlumatına görə, “Bavariya” freqatı “U 33” sualtı qayığı ilə birlikdə Şimali Atlantikada keçiriləcək NATO hərbi təlimlərində iştirak etmək üçün yola çıxıb. Lakin Norveç sahilləri yaxınlığında Rusiya esminesi qəfil kursunu dəyişərək Alman hərbi gəmisini izləməyə başlayıb və onu limana qədər müşayiət edib.
163 metr uzunluğunda olan “Vitse-admiral Kulakov” esminesi raket, torpeda və zenit sistemləri ilə təchiz edilib. Hər iki gəminin dəniz axtarış-zərbə qruplarının tərkibində təlimlər keçirdiyi bildirilsə də, insident Almaniya hökumətində təhlükəsizlik baxımından ciddi narahatlıq yaradıb.
05:33 01.06.2025
Oxunuş sayı: 1200