Ramin Məmmədov: "Dövlət başçısının rəhbərliyi ilə dini ibadət yerlərinin bərpası istiqamətində mühüm addımlar atılır"






Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Oğuz şəhərində yerləşən “Cümə” məscidində, “Yuxarı məhəllə” sinaqoqunda və Müqəddəs Yelisey adına Kala (Böyük) Alban Kilsəsində olub.
Crossmedia.az xəbər verir ki, R.Məmmədov din xadimləri ilə görüş zamanı dini sahədə dövlət siyasətinin dünyəvilik və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslandığını bildirib.
Dini Komitənin sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət dini dözümlülük mədəniyyətinin inkişafında mühüm rol oynayır:
"Dövlət başçısının rəhbərliyi ilə dini ibadət yerlərinin bərpası, yenidən qurulması istiqamətində mühüm addımlar atılır. Azərbaycan dövləti bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradır, dini etiqad azadlığının və multikultural dəyərlərin qorunmasına xüsusi önəm verir".
Dini Komitənin sədri diqqətə çatdırıb ki, din xadimləri fəaliyyətlərində tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin təbliği, dövlətçilik və vətənpərvərlik prinsiplərini əsas götürməlidirlər. R.Məmmədov dinin insanların mənəvi ehtiyaclarını ödəmək üçün mövcud olan dəyərlər sistemi kimi təqdim edilməsində din xadimlərinin xüsusi rola malik olduğunu vurğulayıb.
17:32 23.04.2025
Oxunuş sayı: 698