Bakıda qadını şantaj edən şəxs istintaqa cəlb olunub

Bakıda 19 yaşlı qadını şantaj edərək pul tələb edən şəxs polis tərəfindən saxlanılıb.
DİN-dən Crossmedia.az-a verilən məlumata görə, zərərçəkmiş polisə müraciət edərək bildirib ki, bir şəxs onun fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib. O, artıq 100 manat alıb və əlavə 300 manat tələb edib. Əks halda qadını biabır edəcəyini deyib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 22 yaşlı İlkin Əlibəyli saxlanılaraq məsuliyyətə cəlb edilib. Faktla bağlı cinayət işi açılıb.
12:55 20.03.2025
Oxunuş sayı: 888