2030-cu ildə Ramazan iki dəfə yaşanacaq

Miladi təqvimlə hicri təqvim arasındakı fərq səbəbindən 2030-cu ildə Ramazan ayı iki dəfə baş verəcək. İlk Ramazan 5 yanvar 2030-cu ildə başlayacaq və həmin il ərzində sona çatacaq. İkinci Ramazan isə 26 dekabr 2030-cu ildə başlayacaq və 2031-ci ildə tamamlanacaq.
Din İşləri Yüksək Qurumu astronomu Hümeyra Nur İşlek-e istinadən Crossmedia.az xəbər verir ki, miladi təqvimin Günəşin, hicri təqvimin isə Ayın hərəkətlərinə əsaslandığını və bu iki təqvim arasında 10-11 günlük fərq olduğunu xatırladıb.
Hicri təqvimin daha qısa olduğunu və miladi il daxilində irəlilədiyini bildirən İşlek, “Bunu yaşayaraq görürük. Ramazan ayı həm yayda, həm də qışda ola bilər. Hicri təqvim bütün fəsilləri dolaşır,” – deyə qeyd edib.
İşlek, kameri ayların başlanğıcını Ayın hərəkətlərinə görə hesabladıqlarını vurğulayaraq, dini günlər, gecələr və bayramların da bu hesablamalara əsasən müəyyən edildiyini bildirib.
13:40 15.03.2025
Oxunuş sayı: 794