Azərbaycan bu ölkə ilə biznes əlaqələrini gücləndirir

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb.
Bu barədə Crossmedia.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, iqtisadiyyat nazirinin İtaliyanın şirkətlər və "Made in Italy" naziri ilə görüşündə Azərbaycan və İtaliyanın biznes tərəfdaşlığı, iki ölkəni təmsil edən şirkətlərin qarşılıqlı fəaliyyəti və yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.
19:57 14.03.2025
Oxunuş sayı: 851