Ramazanın 12-ci gününün duası – imsak və iftar vaxtları

Sabah Azərbaycanda Ramazan ayının 12-ci günüdür.
Crossmedia.az xəbər verir ki, Qafqaz Müsəlmanlar İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən Bakıda imsak saat 05:31-də, iftar isə saat 18:59-da olacaq.
İmsak duası:
“Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin!”
Tərcüməsi:
“İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətçilik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!”
İftar duası:
“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”
Tərcüməsi:
“İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”
Allah orucunuzu qəbul etsin!
Nəzrin Salmanova
20:57 11.03.2025
Oxunuş sayı: 1644