Dini Komitənin sədri Qaxda vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 27-də Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Crossmedia.az Dövlət Komitəsindən verilən məlumata istinadən xəbər verir.
Bildirilib ki, qəbul saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi, 4) keçiriləcək.
Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan qurumun Zaqatala regional bölməsinə (Əlaqə vasitələri: (024) 225 32 23, (055) 633 15 07, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
09:22 25.02.2025
Oxunuş sayı: 4421