CROSSMEDIA - Dini Komitənin sədri Bəhreyndə beynəlxalq konfransda iştirak edəcək
Din

Dini Komitənin sədri Bəhreyndə beynəlxalq konfransda iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bəhreyndə "Bir ümmət, ortaq tale" mövzusuna həsr olunmuş islamdaxili dialoq konfransında iştirak edəcək.

Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat yayıb.

Bildirilib ki, fevralın 19-20-si keçiriləcək tədbir Bəhreyn Kralı Əlahəzrət Kral Həməd bin İsa Əl Xəlifənin himayəsi altında, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər əş-Şərifin şeyxi, böyük imam doktor Əhməd əl-Tayyibin təşəbbüsü ilə təşkil olunur.q

Konfransa dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılacaqlar.

Tədbirin məqsədi dialoq, məsləhətləşmələr və ümumi prinsiplər üzrə qarşılıqlı anlaşmanın təşviq edilməsi, İslam həmrəyliyini inkişaf etdirmək, müsəlman dünyası, eləcə də bəşəriyyət üçün parlaq bir gələcək naminə birgə səylərin ortaya qoyulmasıdır.

09:21 18.02.2025

Oxunuş sayı: 3435

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR