AFBİA: Maliyyə sektorunda həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının dayanıqlılığını artırıb

Son illər Azərbaycanın maliyyə sektorunda həyata keçirilən islahatlar, rəqəmsallaşma və bazarın genişlənməsi ölkə iqtisadiyyatının dayanıqlılığını artırıb, eyni zamanda kapital bazarından yan keçməyib, onun inkişafına güclü təkan verib.
Bunu "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" (AFBİA) İctimai Birliyinin İdarə Heyətinin sədri Ceyhun İbrahimov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
"İnvestisiya imkanlarının genişlənməsi, tənzimləyici çərçivənin təkmilləşdirilməsi, investorların, xüsusi ilə fiziki şəxslərin bazarda daha fəal iştirakı maliyyə sisteminin sabitliyini gücləndirir. Bu gün rəqəmsallaşma seçim deyil, zərurətdir. Fintex həllərin, blokçeyn texnologiyaların və süni intellekt əsaslı maliyyə xidmətlərinin bazara inteqrasiyası investisiya strategiyalarını və ticarət mexanzimlərini yenidən formalaşdırır", - deyə o qeyd edib.(report)
11:18 14.02.2025
Oxunuş sayı: 2303